Almaniya ikinci Bundesliqasında XXXI turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Ersgebirge Aue" ilə qarşılaşıb.
Matç qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri fasilədə əvəzlənib. O, 21-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
"Karlsrue" hazırda 52 xalla 4-cü pillədə qərarlaşıb.