Messiylə Suares yenidən eyni komandada oynaya bilər

“Barselona”nın hücumçusu Lionel Messi və “Atletiko”nun futbolçusu Luis Suares yenidən eyni komandada çıxış edə bilər.

Newsport.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, futbolçuların ABŞ-ın “İnter Mayami” klubunda oynamaq ehtimalı yaranıb.

Klubun sahibi, sabiq futbolçu Devid Bekhem hər iki hücumçunun gələcəkdə “İnter Mayami”də çıxış etməsini planlaşdırır. Lakin bu keçid 2022-ci ildən əvvəl olmayacaq.

Messinin “Barselona” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Suaresin “Atletiko” ilə sözləşməsi isə 2022-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçular “Barselona”da birlikdə çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right