Millidə yeni baş məşqçi

Monteneqro millisinə yeni baş məşqçi təyin olunub.
 

Newsport.az saytının məlumatına görə, komandanı Miodraq Raduloviç çalışdıracaq. Bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Monteneqrolu mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Faruk Hacibegiçi əvəzləyib.

Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında ötən mövsüm Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right