İngiltərə Premyer Liqasında XVI tura start verilib.
Newsport.az saytının məlumatına görə, ilk gündə nəzərdə tutulan üç oyundan ikisi baş tutub.
“Mançester Siti”nin futbolçularında koronavirusa yoluxma faktı aşkarlandığından, “şəhərlilər”in “Everton”la səfər görüşü təxirə salınıb.
Baş tutan hər iki görüşdə eyni hesab qeydə alınıb. “Kristal Pelas”ın qonağı olan “Lester” məğlubiyyətdən son anda qurtulub.
“Çelsi” turnir cədvəlindəki qonşusu “Aston Villa” ilə üz-üzə gəlib. “Zadəganlar” 4 oyundur qapısında qol buraxmayan rəqibin uğurlu seriyasını qırmağı bacarıb. Ancaq son 4 matçın 3-də məğlub olan London təmsilçisi 1 xalla kifayətlənib.
28 dekabr
"Kristal Pelas" - "Lester" - 1:1
Qollar: Zaha, 58 (1:0), Barnes, 83 (1:1)
“Çelsi” – “Aston Villa” – 1:1
Qollar: Jiru, 34 (1:0), El-Qazi, 50 (1:1)
Bu nəticədən sonra "Çelsi" 26 xalla 6-cı, "Aston Villa" isə eyni xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 32 xalla "Liverpul" başçılıq edir.