Mesut Özil indi də "Yuventus"a təklif olundu

Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil klubunu dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu əvvəllər onunla maraqlanan "Yuventus"a təklif olunub.

Bildirilib ki, türkəsilli alman oyunçu və Turin təmsilçiləri təmasdadır. "Yuventus"un Özili icarəyə götürəcəyi istisna edilmir.

Özil bu mövsüm "Arsenal"da Premyer Liqa və Avropa Liqası üçün heyətdən kənarlaşdırıb. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right