"Qalatasaray" zirvədə qaldı, autsayderlər sevindi Super Liqada XV tur

Türkiyə Super Liqasında XV tur davam edir.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə 4 oyun keçirilib.

Günün mərkəzi qarşılaşmasında “Qaziantep”lə “Alanyaspor” qarşılaşıb. Növbəti dəfə uduzan qonaqlar liderliyi qaytarmaq şansını qaçırıb. Qazianteplilər isə rəqibinə çatıb.

Son çempion “Başakşəhər” “Kasımpaşa”nı sınağa çəkib. Qarşılaşmada qollu heç-heçə qeydə alınıb.

Autsayderlər günü səfər qələbəsi ilə başa vurub. “Ankaragücü” “Dənizlispor”a, “Ərzurum BB” “Yeni Malatyaspor”a qalib gəlib.

27 dekabr
 

“Qaziantep” – “Alanyaspor” – 3:1
Qollar:
Diçko, 9, Demir, 30, Maksim, 61 – Davidson, 26

“Dənizlispor” – “Ankaragücü” – 1:2
Qollar: 
Niyaz, 80 - Cankaya, 21, Lukaşik, 45

“Yeni Malatyaspor” – “Ərzurum BB” – 1:3
Qollar: 
Akua, 62 – Qomes, 44, Donald, 67, Obertan, 71

“Başakşəhər” - “Kasımpaşa” – 2:2
Qollar: 
Şadli, 27, Viska, 90 – Erdoğan, 37, Hodziç, 85





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right