"Milan" futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyib.
Newsport.az-ın məlumatına görə, tərəflər bununla bağlı razılığa gəlib. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2024-cü ilin iyununa qədər uzadılacaq. Türk oyunçu yeni müqavilə ilə ilinə 3.5 milyon avro qazanacaq.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm A seriyasında 14 oyunda 1 qol vurub, 6 qolun ötürməsini verib.