"Milan" onunla yolları ayırır

“Milan”ın futbolçusu Samuel Kastilleyu karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilə “Atletiko”, “Sevilya” və “Valensiya” yaxından maraqlanır. Oyunçunun “Vilyarreal”a qayıdacağı da istisna edilmir.

“Milan” isə Kastilleyunun transferinə müsbət baxır. İtaliya təmsilçisi onu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, futbolçu bu mövsüm 10 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right