“Mançester Yunayted” qışda onlarla vidalacaq

İngiltərənin “Mançester Yunayted” klubu qış transfer pəncərəsi dövründə 4 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
 
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Serxio Romero, Markos Roxo, Cessi Linqard və Fil Consun xidmətində maraqlı deyil.
 
Məlumata görə, klub Romero və Roxonu icarəyə verməyi düşünür. Linqard və Cons üçün gələcək təkliflərin də dəyərləndiriləcəyi deyilir.
 
Daha əvvəl yayılan xəbərlərdə, “Mançester Yunayted”in qış transfer dövründə müdafiəçi almayacağı bildirilmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right