“Tottenhem” uduzdu, “Liverpul” vahid lider oldu Premyer Liqada XIII tur

İngiltərə Premyer Liqasında XIII tur davam edir.

Newsport.az-ın məlumatına görə, bərbad mövsüm keçirən “Arsenal” əvəzində parlaq çıxışla diqqət çəkən “Sauthempton”la üz-üzə gəlib.

Premyer Liqanın son 5 oyununda cəmi 1 xal toplayan “topçular” uğursuz seriyaya son qoya bilməyib – 1:1.

Yuxarı pillələrə iddia edən “Lester”lə “Everton”un duelindən üstün ayrılan qonaqlar turnir cədvəlində rəqibi ilə xal fərqini 1-ə endirib.

Turun mərkəzi oyunu Liverpulda baş tutub. I turda “Everton”a məğlubiyyətdən bəri yenilgi üzü görməyən “Tottehem” liderliyi bölüşdüyü son çempion “Liverpul”un qonağı olub.

Rəqibi üzərində minimalhesablı qələbə qazanan “qırmızılar” həm rəqibinin uğurlu seriyasını qırıb, həm də vahid liderliyi ələ keçirib.

Dünən “Mançester Siti” – “Vest Bromviç” (1:1) və “Vulverhempton” – “Çelsi” (2:1) oyunları ilə start verilən tura dekabrın 17-də baş tutacaq “Aston Villa” – “Bernli” (22:00), “Şeffild Yunayted” – “Mançester Yunayted” (00:00) matçları ilə yekun vurulacaq.

16 dekabr

İngiltərə Premyer Liqası

“Arsenal” – “Sauthempton” – 1:1
Qollar
: Obameyanq, 52 – Uolkott, 18

“Lids” – “Nyukasl” – 5:2
Qollar:
 Bamford, 35, Rodriqo, 61, Dallas, 77, Alioski, 85, Harrison, 88 – Hendrik, 26, Klark, 65

“Lester” – “Everton” – 0:2
Qollar
: Rişarlison, 21, Holqeyt, 72

“Fulhem” – “Brayton” – 0:0

“Liverpul” – “Tottenhem” – 2:1
Qollar:
 Salah, 26, Firmino, 90 – Son, 33

“Vest Hem” – “Kristal Pelas” – 1:1
Qollar:
 Haller, 55 – Benteke, 34





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right