İtaliya A seriyasında XII turun daha 7 oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, bu qarşılaşmaların 5-də heç-heçə qeydə alınıb.
Günün ilk matçında “Yuventus” “Atalanta”nı sınağa çəkib. Bu ana qədər uduzmayan “qoca sinyora” doğma arenasında da ənənəni davam etdirib. Lakin turinlilər Berqamo təmsilçisi ilə matçda 2 xal itiriblər.
Məğlubiyyətsiz “Milan” “Cenoa”nın qonağı olub. Turnir cədvəlinin lideri yenə uduzmayıb, ancaq 1 xalla kifayətlənməli olub.
Mərkəzi oyun Milanda baş tutub. Turnir cədvəlində 2-3-cü yerlərdə qərarlaşan “İnter”lə “Napoli”nin duelində 1 qol həlledici olub. Romelu Lukakunun penalti topu ilə qələbə qazanan “İnter” liderə yaxınlaşıb.
İlk oyun günündə “Benevento” – “Latsio” (1:1) və “Udineze” – “Krotone” (0:0) oyunu keçirilib. Tura dekabrın 17-də keçiriləcək “Roma” – “Torino” (23:45) matçı ilə yekun vurulacaq.
16 dekabr
“Yuventus” – “Atalanta” – 1:1
Qollar: Kyeza, 29 – Freuler, 57
“Fiorentina” – “Sassuolo” – 1:1
Qollar: Vlahoviç, 35 (pen.) – Traore, 13
“Cenoa” – “Milan” – 2:2
Qollar: Destro, 47, 60 – Kalabria, 52, Kyatenqva, 83
“İnter” – “Napoli” – 1:0
Qol: Lukaku, 71 (pen.)
“Parma” – “Kalyari” – 0:0
“Speziya” – “Bolonya” – 2:2
Qollar: Nzola, 19, 63 – Dominges, 72, Barrou, 90+2
“Verona” – “Sampdoriya” – 1:2
Qollar: Zakkanyi, 70 (pen.) – Ekdal, 41, Verre, 54