Karantin qaydalarını pozan futbolçu komandadan qovuldu

Belçikanın "Ostende" klubu futbolçusu Fabris Ondoa ilə müqaviləni pozub.

Newsport.az-ın məlumatına görə, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Ötən həftə 24 yaşlı qapıçının evindən səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu məlum olub.

Ondoanın qonaqları hadisə yerinə gəlmiş polislərə hücum etməkdən də çəkinməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right