"Dənizlispor"un yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Yalçın Koşukavaka həvalə edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün mütəxəssislə müqavilə imzalanacaq.
"Denizlispor" mövsümə Robert Prosineçki ilə başlasa da, VIII turdan sonra xorvatiyalı mütəxəssis istefaya göndərilib. Ardınca komandaya 3 turluq Kenan Atik rəhbərlik edib.
Dənizli təmsilçisi 11 turdan sonra 6 xalla 21 komanda arasında 20-cidi.