Paolo Rossinin dəfni zamanı evi qarət olundu

10 dekabrda 64 yaşında vəfat edən  İtaliyanın millisinin keçmiş hücumçusu Paolo Rossinin evi dəfn edilərkən qarət edilib.

Newsport.az-ın məlumatına görə, cinayətkarlar keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar. Rossinin arvadı cənazədən qayıtdıqdan sonra  əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.

Qeyd edək ki, Rossi 1982-ci ildə keçirilən dünya kubokunda 6 qolla bombardir olub və İtaliyanın turniri qalibi olmasına kömək edib. O, həmin il "Qızıl top" da qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right