"Milan" satıldı!

İtaliyanın köklü klublarından "Milan"ın səhmlərinin 75 faizi satılıb.

Newsport.az-ın məlumatına görə, bundan sonra komandaya çinli iş adamlareı rəhbərlik edəcəklər. Artıq tərəflər arasında bütün detalların razılaşdırıldığı söylənilir. Çinlilər klub səhmlərinin 75 faizi üçün Silvio Berluskoniyə 1,5 milyard avro ödəyəcəklər. Yaxın günlərdə bununla bağlı rəsmi məlumat veriləcək.

Bir müddət öncə Berluskoninin yaxın ətrafı klubun satılması ilə bağlı xəbərləri yalanlasa da, çinli iş adamlarının "Cenoa" ilə matçı VİP lojadan izlədikləri ortaya çıxıb. 

"Milan"a yaxın mənbələr də artıq klubun hissəslərinin satıldığını təsdiqləyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right