Argentinalı futbolçu “Mançester Yunayted”dən ayrılır

“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Pol Poqba “Yuventus”a qayıtmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, fransalı yarımmüdafiəçi klubunu razı sala bilsə, Turin təmsilçisinə keçəcək. “Yuventus”un da Poqbanı transfer etməkdə israrlı olduğu bildirilib.

Qeyd edək ki, Poqba 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.

Xatırladaq ki, bu yaxınlarda futbolçunun agenti Mino Rayola onun "Mançester Yunayted"dən ayrılacağını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right