Robinyonun 9 illik həbs cəzası təsdiqləndi

Braziliya millisinin sabiq futbolçusu Robinyonun appelyasiya şikayəti rədd edilib.

Newsport.az "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, İtaliya Apellyasiya Məhkəmsi zorlamada iştiraka görə braziliyalı hücumçuya verilmiş 9 illik həbs cəzasını təsdiqləyib.

36 yaşlı hücumçunun kassasiya şikayəti verəcəyi bildirilib. Qərarın məhz bu səbəbdən qüvvəyə minmədiyi qeyd olunub.

Qeyd edək ki, Robinyo və daha 5 şəxs 22 yaşlı alban qıza  təcavüz etməkdə şübhəli bilindiyi üçün onlar haqqında 9 illik həbs qərarı verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right