“Messi ilə rəqib deyilik” - Ronaldo
“Yuventus”un ulduzu Kriştianu Ronaldo “Barselona”ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. Newsport.az-ın məlumatına görə, o, katalonların ulduzu Lionel Messi haqqında danışıb.
Portuqaliyalı futbolçu bildirib ki, argentinalı ilə yaxşı münasibətləri var və onların bir-birinə düşmən rəqib olması yalnız media tərəfindən şişirdilir: “12-13 ildir ki, Messi ilə birlikdə müxtəlif mükafatlandırma mərasimində iştirak etmişik. Leonu heç vaxt özümə rəqib görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Bizim yaxşı münasibətlərimiz var, bunu Messidən də soruşa bilərsiniz”.