Almaniyanın 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Yan Reqensburq"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Nazarov da bu görüşün iştirakçısı olub və 72-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Erzgebirge” hazırda turnir cədvəlində 15 xalla 8-ci pillədə qərarlaşıb.