Ramosun son durumu açıqlandı

“Real”ın kapitanı Serxio Ramosun zədəsi ciddidir.

Newsport.az-ın məlumatına görə, tibbi müayinədən keçən müdafiəçinin bud əzələsində yırtıq aşkarlanıb.

Onun La Liqada “Vilyarreal” və Çempionlar Liqasında “İnter”lə matçı buraxacağı dəqiqdir. 34 yaşlı futbolçunun dekabrın 1-də Donetsk “Şaxtyor” ilə keçiriləcək görüşə qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Ramos Millətlər Liqasının 6-cı turunda Almaniya ilə görüşdə (6:0) zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right