"Barselona" müdafiəçisi Junior Firponu yanvarda satmaq istəyir.
Newsport.az-ın məlumatına görə, klub onu göndərə biləcəyi halda, gənclərdən ibarət komandanın 17 yaşlı müdafiəçisi Alexandro Baldeni əsas komandaya götürəcək. Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman böyük istedada malik Baldenin start heyət uğrunda inamla mübarizə aparacağına inanır.
Firpo bu mövsüm "Barselona" forması ilə oyuna çıxmayıb. Onun "İnter" və "Atalanta"nın maraq dairəsində olduğu bildirilir.