"Beşiktaş"da koronaviruş şoku

"Beşiktaş"da koronavirusa yeni yoluxma halları qeydə alınıb. Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin daha üç oyunçusunda COVID-19 aşkarlanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ölkələrinin milli komandalarına yollanmış futbolçulardan da ikisinin koronavirusa yoluxduğu bildirilib. Bununla da “qara qartallar”ın heyətində koronavirus aşkarlanmış futbolçuların sayı 8-ə yüksəlib.

Beşiktaş əvvəlki günlərdə daha üç futbolçusunda COVİD-19 aşkarlandığını açıqlamışdı. Adları açıqlanmayan bütün oyunçular karantinə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right