“Atletiko” “Real” və “Barselona”dan üstündür" Morata

Müqavilə ilə “Atletiko”ya məxsus olan və icarə əsasında “Yuventus”da çıxış edən Alvaro Morata Madrid klubundan danışıb.

Newsport.az-ın məlumatına görə, o,  “Atletiko”nun bu mövsüm La Liqada çempion olacağına ümid etdiyini deyib:

“İlk dəfə futbol oynamağa başladığınız komandanı həmişə xatırlayırsınız. Mən hər zaman “Atletiko”da olacağam. Bu kluba minnətdaram. Dieqo Simeone ilə çox yaxşı münasibətimiz var və ona hər şeyin ən yaxşısını arzulayıram. Yenidən görüşüb-görüşməyəcəyimizi, “Atletiko” forması geyinib-geyinməyəcəyimi bilmirəm.

Ümid edirəm ki, bu mövsüm La Liqada çempion ola biləcəklər. Buna görə də hər oyunda mübarizə aparmalıdırlar. Komanda yaxşı oynayır. Məncə, “Atletiko” “Real” və “Barselona”dan üstündür”.

Qeyd edək ki, Morata “Atletiko”nun yetirməsidir. O, karyerası ərzində “Real”ın əsas və əvəzedici komandasında, “Çelsi”də də çıxış edib.

Əlavə edək ki, “Atletiko” La Liqanın turnir cədvəlində 17 xalla 3-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right