"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 7-ci turunda "Verona" ilə heç-heçə etdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, sözügedən matçqa 1 qol vuran və 1 penaltidən istifadə edə bilməyən 39 yaşlı hücumçu növbəti dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetirməyəcəyini deyib: “Açığı, əsəbiləşdim, çünki bu heç-heçə "Milan" üçün kifayət qədər yaxşı nəticə deyil. Bu qədər şansımız oldu, penaltidən qol vurmadım və düşünürəm ki, növbəti dəfə 11 metrlik nöqtəyə yaxınlaşmayacam. Məsələn, Kessyedə penalti daha yaxşı alınardı.