"Sivasspor" "Qalatasaray"a uduzdu

Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilir.
 

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor” da növbəti matçına çıxıb.
 
Rıza Çalımbayın komandası doğma meydanda “Qalatasaray”la qarşılaşıb. Sivaslılar bu görüşdən məğlubiyyətlə ayrılıblar – 1:2. Meydan sahiblərinin yeganə qolunu matçın 76-cı dəqiqəsində Caner Osmanpaşa vurub. Qonaqların heyətində isə Belhanda (19) və Arda Turan (48) fərqlənib.
 
Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" eyni xalla 2-ci, "Qalatasaray" 16 xalla 3-cüdür. "Sivasspor" isə 8 xalla 15-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right