"Qarabağ"la oyun öncəsi"Sivasspor"da ciddi itkilər

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyənin "Sivasspor" klubunun heyətində ciddi itkilər var. 

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisinin sözügedən matçda azı 4 futbolçusunun xidmətindən yararlana bilməyəcəyi dəqiqləşib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoe hələ hazır deyil Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdal isə daha 1 həftə oynaya bilməyəcək.

Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right