Kamran Ağayev: "Kayseridə özümü çox xoşbəxt hiss edirəm"

Millimizin və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayev komanda yoldaşı Alper Uludağla birgə Kadır Has Anadolu litseyini ziyarət edib. 

Newsport.az-ın məlumatına görə, onlar burada tələbələrlə görüş keçiriblər.

Görüşdə futbolçular öz fikirlərini də bölüşüblər. Ağayev bunları söyləyib: "İlk dəfə tələbələrdən gül aldım. Bu, məni çox duyğulandırdı. Türkiyə mənim ikinci vətənimdir. Kayseridə özümü çox xoşbəxt hiss edirəm".

Tələbələrin "Kayserispor"da qalıb-qalmayacağına dair sualına isə Ağayev belə cavab verib: "Türkiyə bizim ikinci vətənimizdir. "Kayserispor"da, Kayseridə çox xoşbəxtəm. Azərbaycanca desəm, bura çox yaxşıdır. Anlaşa bilsək, niyə də qalmayım".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right