Türkiyədə azərbaycanlıların dueli: Kamran Ağayev Vaqif Cavadova qarşı

Bu gün Turkiyə 1-ci liqasında XXVIII tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son oyun günündə bir matç keçiriləcək.

Baş tutacaq qarşılaşmanı azərbaycanlı futbolçuların dueli kimi də qələmə vermək olar. Belə ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" yığmanın futbolçu Vaqif Cavadovlu "Boluspor"la üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, XXVII turdan sonra turnir cədvəlinə 57 xalla "Kayserispor" başçılıq edir. 32 xalı olan "Boluspor" isə 14-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right