"Barselona","Atletiko"və "Real"dan qələbə

İspaniya La Liqasında 32-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Lider "Barselona" öz meydanında "Valensiya"nı qəbul edib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi liderliyini bir qədər də möhkəmləndirib.

Səfərdə "Deportivo"nun qonağı olan "Atletiko" (Madrid) Qrizmanın dublu ilə rəqibini məğlub edib - 2:1. "Real" (Madrid) isə öz meydanında "Malaqa"dan üstün olub - 3:1.

Qeyd edək ki, La Liqada 32-ci tura sabah axşam keçiriləcək “Elçe” – “Real Sosyedad” oyunu ilə yekun vurulacaq.

 

18 aprel

İspaniya La Liqası, 32-ci tur

“Barselona”- “Valensiya” - 2:0
Qollar:
 Suares, 1 (1:0), Messi, 90+4 (2:0)

“Deportivo” – “Atletiko” (Madrid) - 1:2
Qollar:
 Qrizman, 5, 22 (0:2), Riera, 78 (1:2)

“Real” (Madrid) - “Malaqa” - 3:1
Qollar:
 Ramos, 24 (1:0), Rodriqez, 69 (2:0), Juanmi, 71 (2:1), Ronaldo, 90+2 (3:1)

“Atletik” (Bilbao) – “Qetafe” - 4:0
Qollar:
 Aduriz, 45-pen, 46 (2:0), İbay, 79 (3:0), Susaeta, 87 (4:0) 
Qırmızı vərəqə: Velazkez, 44 ("Qetafe")

 

19 aprel

“Rayo Valyekano”- “Almeriya”

“Qranada” – “Sevilya”

“Vilyareal” – “Kordoba”

“Eybar” – “Selta”

 

20 aprel    

“Elçe” – “Real Sosyedad”


17 aprel

“Levante”- “Espanyol” – 2:2
Qollar:
 Lukas Vazkez, 18 (0:1), Simao, 21 (1:1) Felipe Kaysedo, 45 (1:2), Viktor Kasadesus, 88 (2:2) 




 


S Komandalar O Q H M T-F Xal Form
1. Barselona 32 25 3 4 89:19 78  
2. Real (Madrid) 32 25 1 6 95:28 76  
3. Atletiko (Madrid) 32 21 6 5 61:26 69  
4. Valensiya 32 19 8 5 56:25 65  
5. Sevilya 31 19 5 7 57:36 62  
6. Vilyareal 31 14 9 8 44:30 51  
7. Malaqa 32 13 7 12 35:38 46  
8. Espanyol 32 11 9 12 39:40 42  
9. Atletik (Bilbao) 31 11 7 13 28:37 40  
10. Selta Viqo 31 10 9 12 36:34 39  
11. Real Sosyedad 31 9 11 11 36:42 38  
12. Rayo Valyekano 31 12 2 17 36:59 38  
13. Qetafe 31 10 6 15 28:41 36  
14. Eybar 31 8 7 16 28:43 31  
15. Elçe 31 8 7 16 26:54 31  
16. Levante 32 7 8 17 30:60 29  
17. Deportivo 32 6 10 16 28:51 28  
18. Almeriya 31 7 7 17 27:50 28  
19. Qranada 31 4 12 15 20:56 24  
20. Kordoba 31 3 10 18 21:51 19  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right