"Yuventus" ABŞ millisinin üzvünü transfer etdi

"Yuventus" yeni transferini açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Ueson Makkenini heyətinə qatıb. "Qoca sinyora" 22 yaşlı oyunçunu 4,5 milyon avroya məcburi satın alma şərti ilə icarəyə götürüb.

 

Turinlilər bu keçid üçün "Şalke"yə 18,5 milyon avro ödəyəcək. İtaliya təmsilçisi bu məbləği üç il ərzində Bundesliqa klubuna köçürəcək. Daha 7 milyon avro isə bonuslar şəklində ödəniləcək. Bu isə futbolçunun performansından asılı olacaq.

 

ABŞ millisinin üzvü 2016-cı ildə "Dallas Akademiyası"ndan "Şalke"yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right