Kamran Ağayev oynamadı, komandası mərhələ adlaya bilmədi

Türkiyə kubokunda son iki yarımfinalçı da müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 1/4 finalda daha iki qarşılaşma keçirilib.

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Sivasspor"un qonağı olub. 90 dəqiqəsi 1:1 başa çatan oyunda əlavə vaxt oynanılıb. Burada qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) "Sivasspor" yarımfinala yüksəlib. K.Ağayev həmin görüşdə iştirak etməyib.
 
Digər oyunda "Fənərbaxça" və "Mersin" üz-üzə gəlib. Oyun "sarı-lacivərdlilər"in üstünlüyü şəraitində keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Fənərbaxça" son yarımfinalçı olub.



 

16 aprel

Türkiyə kuboku, 1/4 final

"Sivasspor" - "Kayserispor" - 1:1 (Penaltilər seriyası - 3:1) 
Qollar:
 Çaheçohe, 45 (1:0), Bobo, 90-pen (1:1)

"Fənərbaxça" - "Mersin" - 4:1
Qollar:
 Kuyt, 6, 31-pen (2:0), H.Kaldırım, 49 (3:0), Caner, 61 (4:0), Futaks, 72 (4:1) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right