“Beşiktaş”da yeni müqavilə

"Beşiktaş” müqaviləsinin müddəti bu yay başa çatan Atiba Hatçinsonla bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi kanadalı oyunçunu daha bir mövsüm heyətində saxlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 37 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

2013-cü ildən “Beşiktaş”ın uğurları üçün çalışan Atiba, geridə qalan mövsümdə 30 Super Liqa matçında 6 qola, 5 məhsuldar ötürməyə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right