“Qalatasaray”dan növbəti transfer, biri də gəlir

“Qalatasaray” növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi son olaraq “Kasımpaşa”dan qapıçı Fatih Öztürkü heyətinə cəlb edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Təcrübəli qolkiper yeni klubunda ilinə 4 milyon TL qazanacaq.

Öztürk 2019/20 mövsümündə bütövlükdə 22 matçda meydana çıxıb. Onun “Kasımpaşa” ilə müqaviləsi növbəti mövsümün sonuna qədər idi. Amma tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.

“Qalatasaray” Yunanıstanın “Olimpiakos” klubundan ayrılan norveçli sağ cinah müdafiəçisi Omar Elabdellauini də transfer etməyə hazırlaşdığını açıqlayıb. Artıq klub futbolçu ilə danışıqlara başlanıldığını rəsmən bəyan edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right