"Barselona"dan Türkiyə millisinin üzvünə 5 illik müqavilə

İngiltərənin “Lester Siti” klubunda çıxış edən Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirə bilər. Newsport.az “NTV Spor” saytına istinadən xəbər verir ki, “Barselona” Türkiyə millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, Kataloniya klubu Çağlar üçün Premyer Liqa təmsilçisinə 40 milyon avro ödəməyə hazırdır. “Basrelona”nın 24 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edəcəyi bildirilir.

Qeyd edək ki, futbolçu ötən mövsüm Premyer Liqada 42 oyunda çıxış edib. Onun aktivində bir qol və eyni sayda assist var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right