Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha 4 oyun keçiriləcək. "Bayer" "Reyncers"lə, "Sevilya" "Roma" ilə, "Bazel" "Ayntraxt"la, "Vulverhempton" isə "Olimpiakos"la qarşılaşacaq.
Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanıb.
6 avqust
1/8 final mərhələsi, cavab oyunları
20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1
20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
İlk oyun keçirilməyib
23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)
İlk oyun - 3:0
23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1