İspaniya mətbuatı maraqlı iddia ortaya atıb.
Newsport.az-ın məlumatına görə, "Mundo Deportivo" Lionel Messi ilə Kriştianu Ronaldonun eyni komandada oynaya biləcəyini yazıb.
Belə ki, mətbu orqan UEFA-nın yeni layihə hazırlayacağını və buna əsasən, Şimal və Cənubi Avropa ölkələrində çıxış edən futbolçular arasında "All Star" matçı təşkil olunacağını yazıb.
Şimal yığmasında İngiltərə, Rusiya, Almaniya, cənub yığmasında isə Fransa, İspaniya və İtaliya çempionatının ulduzları iştirak edəcəklər.
Əgər bu layihə gerçəkləşsə, Messi və Ronaldo eyni komandada oynayacaq.