Super Liqaya yüksələn sonuncu komanda müəyyənləşdi

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klub müəyyənləşib.

 

Newsport.az-ıın məlumatına görə, 1-ci liqanın pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fateh Karagümrük” qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fateh Qaragümrük” yüksək liqaya vəsiqə qazanıb.

 
Bundan əvvəl “Hatayspor” və “Ərzurumspor” Super Liqaya yüksəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right