"Messini Premyer Liqada görmək yaxşı olardı"

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ancelotti Lionel Messi barədə danışıb.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis argentinalı futbolçunun “Barselona”dan ayrılacağı yönündə çıxan iddialara münasibət bildirib:

“Messini Premyer Liqada görmək çox yaxşı olardı. Amma nə vaxtsa bunun olacağını düşünmürəm. O, "Barselona"nın əfsanəsidir və karyerasını orada başa vuracağına əminəm”.

Qeyd edək ki, 33 yaşlı ulduz futbolçunun müqaviləsində mövsüm sonu komandadan ayrıla biləcəyi vurğulanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right