Super Liqa klubunda 2 ayrılıq biri “Fənərbaxça”ya, biri “Qalatasaray”a

"Sivasspor” iki futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Emre Kılınç və Mert Hakan Yandaşla vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mert Hakan Yandaş 3, Emre Kılınç isə 3.5 mövsüm idi Sivas təmsilçisinin uğurları üçün çalışırdı. Klub onlara bu müddət ərzindəki xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Mert Hakan Yandaşın “Fənərbaxça”, Emre Kılınçın isə “Qalatasaray”la anlaşdığı bildirilir. Onların tezliklə yeni klubları ilə rəsmi müqaviləyə imza atması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right