Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın sabiq üzvü Rail Məlikovunun çıxış etdiyi "Dənizlispor" da növbəti matçına çıxıb.
Dənizli təmsilçisi öz meydanda "Antalyaspor"la üz-üzə gəlib və rəqibinə 0:2 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Məlikov sona qədər meydanda olub.
Qeyd edək ki, "Dənizlispor" hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.