Hakimi İtaliya klubuna keçməyə yaxındır

İcarə əsasında “Borussiya”da çıxış edən Əşraf Hakimi karyerasını İtaliyada davam etdirməyə yaxındır. Newsport.az AS-a istinadən xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan futbolçu “İnter”lə razılışmaq üzrədir.

Bildirilir ki, Milan klubu mərakeşli müdafiəçi üçün 40 milyon avro ödəyəcək. Dortmund təmsilçisi 21 yaşlı futbolçunu buraxmaq istəməsə də, maliyyə problemi səbəbindən digər komandalarla rəqabətə girə bilməyib.

Baş məşqçi Antonio Kontenin Hakiminin alınmasında israrlı olduğu bildirilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right