Kavani "İnter"lə razılığa gələ bilmir

PSJ-nin hücumçusu Edinson Kavani “İnter”lə razılışa bilmir. Newsport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, uruqvaylı forvard A Seriyası təmsilçisindən yüksək miqdarda maaş tələb edir.

Məlumata görə, Paris klubunda illik 12 milyon avro qazanan Kavani “İnter”dən də həmin pulu istəyib. Lakin Milan təmsilçisi bu maaşı verə bilməyəcəyini bildirib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, 33 yaşlı hücumçu mövsüm sonu PSJ-dən ayrılır. Azad agent statusu daşıyacaq oyunçunun İtaliyada çıxış etməyə yaxın olduğu vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right