Üç futbolçuda koronavirus aşkarlandı

ABŞ-ın yüksək liqasında (MLS) mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçirilib.

Newsport.az xəbər verir ki, testlərdən üçünün nəticəsi müsbət çıxıb. Onların hər üçünün futbolçu olduğu bildirilir. “Atlanta Yunayted”də iki, “İnter Mayami”də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, mart ayından dayandırılan MLS-də Liqasının iştirakçılarının iyulun 8-də fərqli formatda təşkil olunacaq turnirdə mübarizə aparacaqları açıqlanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right