Məşhur futbolçu Zlatan İbrahimoviçlə bağlı sürpriz transfer xəbəri yayılıb.
Newsport.az-ın məlumatına görə, isveçli futbolçunun Türkiyənin "Qalatasaray" klubuna keçəcəyi iddia olunur.
Bu barədə Fransanın nüfuzlu qəzeti "L'Equipe" yazıb. Dünyanın ən ciddi idman qəzeti olaraq qəbul edilən "L'Equipe" bu iddia ilə diqqətləri "Qalatasaray"a yönəldib.
"PSJ"də çıxış edən İbrahimoviçin 2016-ci ilin sonuna qədər müqaviləsi bitəcək. Ancaq buna baxmayaraq fransızlar futbolçunu göndərməyə çalışırlar. "PSJ" rəhbərliyi klubda problemlər yaratdığı üçün futbolçunu yay tranfer pəncərəsində satışa çıxaracaq.
Qeyd edək ki, İstanbul təmsilçisi ötən illərdə Vesli Sneyder və Didye Droqba kimi ulduz futbolçuları heyətinə qataraq dünya mətbuatının gündəminə düşmüşdü. "Qalatasaray"ın yayda bu transferi edərək bombanı partladacağı gözlənilir.