Bu gün Türkiyə PTT I Lİqanın 26-cı tur çərçivəsində "Kayserispor" doğma meydanda "Giresunspor"u 4:0 hesabı ilə darmadağın edib.
Newsport.az-ın məlumatına görə, millimizin qolkiperi Kamran Ağayev bu matçda 90 dəqiqə meydanda olub və "Kayserispor"un qapısını toxunulmaz saxlayıb.Oyuna əlavə edilmiş dəqiqələrdə Kamran rəqib penaltisini dəf edib."Kayserispor" bu qələbədən sonra 56 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, Ağayevin "Kayserispor" forması ilə çıxdığı 5-ci rəsmi oyunu idi və bu 5 oyunda qapısında yalnız 1 qol görüb.