"Barselona" Koutinyo üçün təklif gözləyir

"Barselona" Filipp Koutinyonu satmaq niyyətindədir. Newsport.az “Marca”ya istinadən xəbər verir ki, “Bavariya” braziliyalını komandada saxlamayacaq.

Mövsümü icarə əsasında  Münhendə keçiriən yarmmüdafiəçi komandadan ayrılacaq. “Barselona” isə futbolçunu gələcək planlarına daxil etməyib. Rəhbərlik onun üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.  Ancaq oyunçu başqa kluba keçə bilməsə, yenidən Kataloniyaya qayıdacaq.

Koutinyonun yenidən Premyer Liqada çıxış etmək imakanı da var. Futbolçu ilə “Nyukasl” və “Çelsi”nin maraqladığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right