Bu gün Türkiyə PTT I Liqasında 26-cı turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" öz meydanında "Girəsunspor"la üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq matç üçün Kayseri klubunun start heyəti açıqlanıb. Kamran Ağayev Girəsun klubuna qarşı start heyətdə meydana çıxacaq.
