İtaliyanın “Udineze” klubu koronavirus pandemiyası səbəbindən dayandırdığı məşqlərə başlamaqdan imtina edib.
Newsport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı bəyanat yayıb. Bildirib ki, müvafiq tibbi protokollar müəyyənləşənə və növbəti qərar açıqlanana qədər məşqlərə başlamaqdan imtina edilib.
Qeyd edək ki, İtaliya hökuməti mayın 4-dən etibarən klublara fərdi məşqlərə icazə verib.