"Traktor Sazi"dən böyükhesablı qələbə

İran çempionatında 24-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur öz meydanında “İstiqlal”ı qəbul edib.

Görüş təbrizlilərin  böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Traktor Sazi" xalını 47-ə çatdırıb. 

Qeyd edək ki, Təbriz təmsilçisi 24 turdan sonra  turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk pillədə olan "Naft Tehran"ın isə 48 xalı var. 

3 aprel 

İran çempionatı, 24-cü tur

"Traktor Sazi"  - “İstiqlal” 3:0
Qollar: 
Zadeh, 40, Lusiano, 57, Kərimi, 81





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right