İtaliyanın "Milan" klubu daha bir transfer etməyi planlaşdırır.
Newsport.az saytının məlumatına görə, Milan təmsilçisi yenicə komandadan ayrılmış Balotelliyə əvəzləyici tapıb. Belə ki, İtaliya nəhəngi ispaniyalı hücumçu Fernando Torresi transfer etməyə yaxındır. Klub rəhbərliyi artıq hücumçu ilə danışıqlara başlayıb. Komandalar transfer məbləğin razılaşarlarsa, Torres yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 41 oyunda 11 qola imza atıb.